Qoroskop
Səbuhi Rəhimlidən martın 30-na olan astroloji proqnoz
QOÇ – Öz bürcünüzün “hakim” dövrü olsa da, bu, bədbin ovqatınıza heç bir müsbət təsir göstərməyəcək. Çünki bu bədbinliyi özünüz yaradırsınız. Odur ki, baxışlarınızda köklü dəyişikliklər etməyə çalışın.
BUĞA - Revmatik probleminiz varsa, bir qədər diqqətli olmalısınız. Gün ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək. Nahardan sonra şəxsi büdcənizdə müəyyən artımlar olmalıdır.
ƏKİZLƏR - Kifayət qədər düşərli bir zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də siz olacaqsınız.
XƏRÇƏNG - Bu təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız nahar vaxtı xırda mübahisələriniz mümkündür.
ŞİR - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək.
QIZ – Hansısa narahatçılığa əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Bu gündən etibarən fəaliyyətlə bağlı geniş imkanlar yaranacaq. Heç bir olayı mistikləşdirməyin.
TƏRƏZİ - Planetlərin bürcünüzdəki neqativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın.
ƏQRƏB - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 11-dən etibarən çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız.
OXATAN – Günün tələbi odur ki, həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.
OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki elə səhər saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
SUTÖKƏN – Saat 14-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan müddətdə hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.
BALIQLAR – Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu gün iş yerini dəyişmək fikrinə də düşməməlisiniz.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO