Astroloji proqnoz - 29 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 29 may

Qoç - Müəmmalı hadisələrlə qarşılaşacaqsınız. Ətrafınızda cərəyan edən proseslər sizi təəccübləndirəcək. Ehtiyatlı olun.

Buğa - Böyük dəyişikliklər astanasındasınız. Sevdiyiniz şəxs sizə unudulmaz bir gün yaşada bilər.

Əkizlər - İstirahət vaxtını düzgün qiymətləndirin. Film izləyə və ya teatra gedə bilərsiniz. Axşam saatlarında uşaqlara nağıllar oxuyaraq həm özünüz, həm də onlar üçün günü maraqlı edə bilərsiniz.

Xərçəng - Planlarınızın əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə addım atmağa tələsməyin.

Şir - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olacaq. Nahardan sonra təmiz havada yeriyin və ya dostlara qonaq gedin.

Qız - Atdığınız hər addım sizə uğur gətirəcək. Maddi durumunuz qənaətbəxş olacaq.

Tərəzi - Şəxsi büdcənizdə artım gözlənilir. Uzun müddət ala bilmədiyiniz borclarınızı nəhayət alacaqsınız.

Əqrəb - Həyatın nəbzini tutmağa çalışın. Texnologiyanın nemətlərindən yararlanın.

Oxatan - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Yeni tanış olduğunuz şəxslə eşq macərası yaşamaq planları qurursunuz.

Oğlaq - İşlər xeyrinizə dönəcək. Ailə-sevgi münasibətlərində əsəbi stiuasiyalar yaşana bilər.

Dolça - Əhvalınız qənaətbəxş ola bilər. Ancaq keçmiş və gələcək günlər haqqında düşünmək sizi depressiyaya sala bilər.

Balıq - Özünüzə qapılmayın, aktiv olun. İstirahət günlərini yaxşı dəyərləndirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm