Qoroskop
Astroloji proqnoz - 22 may
Qoç - çalışın, risk etməyəsiniz. Bu gün mürəkkəb, təhlükəli situasiya yaranarsa, onun nəticəsi sizin üçün acınacaqlı ola bilər. Problemlərin həllində yoxlanılmış metodlardan, etibarlı üsullardan istifadə edin.
Buğa - bu gün tez aşiq olursunuz, hətta yaraşıqlı bir insan gördükdə ağlınızı da itirə bilərsiniz. Əlbəttə, bu elə də pis deyil, amma yadınıza salın: siz məsuliyyəti və əvvəllər verdiyiniz vədləri unutmursunuz ki? Günün ikinci yarısı gərəksiz xərclər mümkündür.
Əkizlər - sərvaxt olun, ətrafınızda yaşananları diqqətlə müşahidə edin. Öz planlarınız və sirləriniz barədə kimsəyə bir söz deməyin, yoxsa sonra bu cür ürəyiaçıqlığınıza görə peşman olarsınız.
Xərçəng - yeni bir işə başlamaq üçün yaxşı gündür. Amma bir məqamı unutmayın: əgər ehtiyatlı və diqqətli olmasanız, çətin ki, nəyəsə nail olasınız. Lazım olmayan insanlara etibar edirsiniz
Şir - yaxınlarınızla ünsiyyət üçün əla gündür. Sevdiklərinizlə asan dil tapır, güzəştə gedirsiniz. Maraqlı görüşlər mümkündür, amma yeni tanışlarınız barədə düzgün rəy tərtib etmək hələ sizin üçün çətindir. Bir qədər sonra onlardan kimisə qiymətləndirmədiyiniz qənaətinə gələcəksiniz.
Qız - maraqsız və perspektivsiz işlərlə məşğul olmalısınız. Bir çox Əkizlər bərabər olmayan döyüşə girməli olacaqlar. Güclü rəqiblə mübarizədən qalib ayrılmaq olar, amma bunun üçün xeyli güc sərf etməlisiniz.
Tərəzi - enerjiniz daha çoxdur, axşama planlar qurarkən bunu nəzərə alın. Səfərə çıxmalısınızsa, günortayadək yola düşün. Axşam pul ala bilərsiniz. Amma elə günün bu vaxtı xərcə də düşə bilərsiniz.
Əqrəb - çətin olsa da, günün nəticələri sizi
sevindirəcək. İşdəki problemlərin öhdəsindən gələcəksiniz, yaranan
şəraitin birmənalı olmamasına rəğmən, düzgün qərar
verəcəksiniz.
Oxatan - başqalarına təsir göstərmək imkanlarınız
bu gün məhduddur, onları haqlı olduğunuza inandıra, öz
nöqteyi-nəzərinizi müdafiə edə bilmirsiniz. Sizi dinləmək
istəməyənlərdən küsməyin, öz fikrinizdə qalın, tezliklə onu dilə
gətirmək üçün imkan yaranacaq.
Oğlaq - mürəkkəb gündür. Narahat olmaq çün
müxtəlif səbəblər yaranıb, bunlara dözməyə isə nə səbriniz var, nə
də gücünüz. Sizin üçün xarakterik olmasa da, tez təslim olursunuz,
bu səbəbdən uğurlarınız da böyük deyil. Sövdələşmələriniz faydasız
ola bilər.
Dolça - səhv qərarlar maliyyə itkilərinə səbəb
olacaq. Qüvvələri düzgün hesablayıb onları qarşıya qoyulan
məqsədlərlə uzlaşdırmaq da asan deyil. Bu gün çoxları bacara
bilmədikləri işin yükü altına girirlər. Ailədə münaqişələr
mümkündür: uşaqlar və yeniyetmələrlə dil tapmaq olmur.
Balıqlar -gün emosional fonun qeyri-sabitliyi ilə
fərqlənir: çoxları səbəbsiz yerə həyəcan keçirəcək, anlaşılmaz
qorxu hissi yaşayacaqlar. Bu, işgüzar aktivliyi azaldır: hər cür
qarmaqarışıq fikirlər işə köklənməyə mane olur.
milli.az
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan