Qoroskop
Astroloji proqnoz - 15 noyabr
Qoç - ətrafınızdakılara qarşı çox tələbkar
olmayın. Dilinizi saxlamaq, birmənalı olmayan situasiyanı zarafata
çevirmək elə də çətin deyil, üstəlik, faydalıdır. Bundan başqa,
başınızı qatacaq maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi
bədbinliyə sürüyəcək.
Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var,
amma onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da
canfəşanlıq etməyin. Xüsusilə yeniyetmələrlə ünsiyyət zamanı bunu
unutmayın, onlar çox hissiyyatlı olurlar. Gərəksiz xərclər
mümkündür, dəyərli bir əşyanızı itirə bilərsiniz.
Buğa - iş üçün bu gün tamamilə yararsızdır.
Əgər təsadüfən işdən yayınıb özünüz üçün istirahət günü təşkil edə
bilsəniz, o zaman vacib işləri bir kənara qoyub məhz istirahət
etməyə cəhd göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları
təxirə salın. Nəbadə rəhbərliyin və sizin karyeranızın asılı olduğu
insanların gözünə görünəsiniz.
Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz
özünüzü başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin.
Ümumiyyətlə, bütün bu cür işləri daha yaxşı vaxta qədər təxirə
salın.
Əkizlər - kommersiya fəaliyyəti üçün münasib
gündür. Demək olar ki, bütün sövdələşmələr uğurlu olacaq.
Əcnəbilərlə görüşlər yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi
doğruldacaq. Sahibkar Əkizlər öz bizneslərini beynəlxalq miqyasda
genişləndirə biləcəklər.
Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən
istənilən sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız.
Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə
etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.
Xərçəng - asan gün deyil, amma siz
dözümlüsünüz, istənilən zərbəyə sinə gərirsiniz, bu səbəbdən də
uğurlarınız çoxdur. Əks cəbhənin dostları sizə öz köməklərini
təklif edə bilərlər. Sizə təklif olunandan yararlanın, amma
ehtiyatı əldən verməyin.
İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz
bunları şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı
yüksəldəcək. Alkoqoldan imtina edin.
Şir - bu günün əksər hissəsini öz qorxu və
zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən
qaçırırsınız. Bir çox Şirlər bu günü daxili vurnuxma, əzablar,
narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların
səbəbini də bilmirsiniz.
Amma hamı bir deyil. Bəzi Şirlər özlərini ələ ala biləcəklər. Onlar
üçün gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik,
həm də ailə üzvləri ilə yola gedəcəklər.
Qız - zərərli vərdişlərdən imtina etmək
məsləhətdir. Qrafikdə dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq
gərəkdir.
Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün
deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır,
ailə münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki,
dərhal təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu
qovun, bir-birinizi itələməyin.
Tərəzi - uğursuz gündür, hər addımda bir
problem yaranır. Rəhbərlik və iş ortaqlarınızla münasibətlər o
qədər qeyri-sabitdir ki, peşəkar gələcəyinizin uğuruna şübhə etməyə
başlayırsınız. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi
qaydada aparmağınıza mane olur.
Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini
gözləyirsiniz. Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz.
Nəticədə yeni-yeni münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək
isə asan deyil.
Əqrəb - evdəki problemləri evdə qoyun, bütün
fikrinizi işə yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və
işgüzar münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası
nədir, hətta kiməsə isti nəzərlərlə baxmağı da unudun!
Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında
iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və
ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər
etmək həvəsiniz böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə
çıxın.
Oxatan -aktiv fəaliyyət, məqsədə doğru
irəliləmək üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan
gərginlik də sizi yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq,
uzaq səfərlərə getmək olar. şəxsi münasibətlərdə təşəbbüskar olun.
Hisslərinizi etiraf edə bilərsiniz.
Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz.
Gün evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.
Oğlaq -günün əksər hissəsi başınız məişət
işlərinə, ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla
yanaşırsınız. Odur ki, istənilən problemin həlli adətən olduğundan
daha çox vaxt alır. Müştərək fəaliyyət məsləhət deyil - tez-tez
özünüzdən çıxır, insanlara əsəbləşirsiniz.
Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən,
ekstremal idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir.
Günün ikinci yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın -
müzakirə etməli çox mövzu var.
Dolça - gün çox şey vəd edir. İşgüzar
aktivliyiniz çox yüksəkdir. Qeyd etmək yerinə düşər ki, Dolçaların
çoxu bu gün şəxsi problemlərinin əlindən baş götürüb işə qaçırlar.
Bu səbəbdən işdə böyük entuziazm göstərməyinizi anlamaq asandır.
İri sövdələşmələr bağlamaq olar.
Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan
verməyin. Pis fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv
istirahətlə, açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı
keçəcək.
Balıqlar - qohumlarla ünsiyyət, ailə bağlarının
möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı
xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat
təcrübəsi, müdrikliyi son günlərin hadisələrinə başqa
nöqteyi-nəzərdən yanaşmağa imkan verəcək.
Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə
sizə baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz.
Yaxınlarınızla münasibətləri yalnız sizin zarafatlarınız poza
bilər: yumor hissiniz bu gün bir az kobuddur.
milli.az
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO