• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Səbuhi Rəhimlidən fevralın 4-nə olan astraloji proqnoz

  • Qoroskop
  • 4 Fevral 2014 00:09
  • 2 075 Baxış
Səbuhi Rəhimlidən fevralın 4-nə olan astraloji proqnoz

QOÇ - Sakit bir təqvim yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, səfərə çıxmaq olar.

BUĞA - Astroloji göstəricilər yalnız saat 12-yə qədərki vaxtı gərginlik içində başa vuracağınızı bildirir. Həmin zamanda maksimum ehtiyatlı olmalısınız. Qalan saatlarda isə çox şey ürəyinizcə olacaq.

ƏKİZLƏR - İlk iş saatları passiv başlasa da, nahara yaxın nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşmağa başlayacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız.

XƏRÇƏNG - Səhhətinizi qoruya bilsəniz, gün ərzində heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin.

ŞİR – Yaxşı olar ki, gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldəsiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Büdcənizlə bağlı irəliləyişlər də gözlənilir.

QIZ - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda (ələlxüsus da böyrək və yoğun bağırsaqda) yüngül ağrılar yarada bilər.

TƏRƏZİ – Saat 14-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan saatlarda heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aktivliyinizdən asılı olaraq aradan qalxacaq.

ƏQRƏB - Ümumən gərgin gün olsa da, özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Səfərə çıxmayın.

OXATAN - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.

OĞLAQ - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi - planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər.

SUTÖKƏN - Bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu gün bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Əksinə, uğurların astanasına yetişəcəksiniz.

BALIQLAR - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çox olsa da, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Yeni sövdələşmələr üçün ideal vaxtdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR