• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 6 sentyabr

  • Qoroskop
  • 6 Sentyabr 2014 00:07
  • 1 746 Baxış
Astroloji proqnoz - 6 sentyabr

QOÇ - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

BUĞA - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. İmkan tapıb qonaq gedin.

ƏKİZLƏR - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər.

XƏRÇƏNG - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.

ŞİR - Çağrılmamış ünvanlara qətiyyən getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.

QIZ - Bu təqvimdə ulduzlar daha çox sizin zodiaka pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

TƏRƏZİ - Axşam qonaqlığı üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük ola bilər.

ƏQRƏB - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.

OXATAN - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

OĞLAQ - Dost və müttəfiqləriniz vasitəsilə uğurlarınızı artıra biləcəksiniz. Varlanma ehtimalınız da var. Ulduzlar nahardan sonra uzaq səfərə çıxmağın uğurluluğundan xəbər verir.

SUTÖKƏN - Tanrının qüdrətinə arxalansanız, mənfi enerjili Ayın bürcünüzdə qərar tutması sizin iradənizi qıra bilməyəcək. Dözüm göstərin, savab işlər görün ki, uğurlarınızı artırın.

BALIQLAR - Sağlıq durumunuzu nəzarətə götürsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Aldığınız təkliflər ürəyinizdən olsa belə, ona bu gün razılıq verməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR