• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günəş tutulacaq - Sekslə məşğul olmaq zərərlidi - XƏBƏRDARLIQ

  • Qoroskop
  • 23 Oktyabr 2014 23:53
  • 2 664 Baxış
Günəş tutulacaq - Sekslə məşğul olmaq zərərlidi - XƏBƏRDARLIQ

Oktyabrın 24-də Bakı vaxtilə gecə saat 02:56-da 2014-cü ilin sonuncu - dördüncü astronomik hadisəsi - qövsvari güntutulması baş verəcək. Bu kosmik olay Ay orbitinin Qız bürcünün cənub hissəsində baş verəcək və 8 saat sürəcək. Məlum hadisə Rusiyanın Kamçatka yarımadasından görünməyə başlayacaq. 675 km olan qaranlıq zolaq daha çox ABŞ və Kanadada müşahidə olunacaq, xüsusən də Vankuver, San-Fransisko, Denver və Toronto şəhərlərində tutulma 50 faizdən daha çox nəzərə çarpacaq. Astronomik hadisə gecə saatlarına düşdüyünə və planetimizin əks qütbündə baş verdiyinə görə, ölkəmizdə müşahidə olunmayacaq. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Əqrəb bürcündə olacaq. Belə məqamlarda insanların ehtirası və arzuları artır. İnsanlar aktivləşir, onlarda aqressivlik, kritiklik, səmərəsizlik baş qaldırır. Bu dövrdə qısqanmaq və ya qısqanclıq meyllərinə uymaq çox təhlükəlidir. Məhəbbətdə ehtirasınız bir qədər də artacaq, lakin müxtəlif keçici xəstəliklərə yoluxmaq şansınız da az deyil. Tanınmış insanlarla görüşmək və ya öz şəxsi nüfuzunuzu artırmaq üçün çox uğurlu məqamdır. Yeni avadanlıqların, avtomobillərin və s. alqı-satqısı üçün də münasib dövrdür. Ay Əqrəb bürcündə olanda fəal partnyorluq etmək, işə adam götürmək və yeni işlərə başlamaq məsləhət deyil. Eləcə də səyahətə çıxmaq, yaşayış yerini dəyişmək, sığorta və sosial işlərlə məşğul olmaq arzuolunmazdır.

Bu müddətdə cinsi orqanlarla düz bağırsağın həssaslığı artır. Bu günlərdə sekslə məşğul olmaq qəti ziddir. Qidalanmada yaxşı olardı ki, bu günlərdə acı və ağır yeməklərdən imtina edilsin, menyünüzə müxtəlif tərəvəz və meyvələr əlavə olunsun. Qəbizlik əmələ gəlməsindən və gemmorroyun kəskinləşməsindən qaçmaq üçün oturaq işi gimnastika və fiziki məşqlərlə əvəz etmək faydalı olardı. Hamilə qadınlar Ayın Əqrəb bürcündə olduğu günlər xüsusilə ehtiyatlı olmalıdırlar: bu vaxt uşaqsalma təhlükəsi böyük olur. Ay Əqrəb bürcündə olanda cinsiyyət orqanlarında planlaşdırılan cərrahiyyə əməliyyatının aparılmasından qaçmaq məsləhətdir. Bu dövrdə dişlərin çəkilməsi, adenoidlərin kəsilməsi əlverişlidir. Yuxarı tənəffüs yollarının və boğazın effektiv müalicəsi uğurludur.

Avesta təqviminə görə, tutulma Xəzdəm (17 oktyabr-15 noyabr) ayına düşür. Bu ay insanları öz üzərində işləməyə, məsuliyyətini anlamağa istiqamətləndirir. Sınaqlardan keçmək, gizli məqamları aydınlaşdırmaq Xazdəmin başlıca vəzifəsidir.

Avesta astrologiyasında isə (Günəş təqvimi) oktyabrın 24-ü 8-ci Günəş gününə düşür. "Ağ yarpaq" adlanan bu təqvimdə qəribəliklər o qədər çoxdur ki, gün ərzində hər şey baş verə bilər. Həyat obrazını tamamilə dəyişmək üçün çox münasib vaxtdır və gərəksiz vərdişlərdən yaxa qurtarmaq lazımdır. Saç və dırnaqları kəsdirmək, dişləri müalicə etmək, yüngül tibbi əməliyyatlara getmək məqsədəuyğundur. Müxtəlif tibbi əməliyyatlar nəticəsində kəsilib götürülmüş qalıqları 13-cü Günəş gününə qəddər (oktyabrın 29-na qədər) saxlayırlar və qumlu torpaqda basdırırlar. Bu təqvimdə qonaqpərvər olmaq və dost-tanışları evə dəvət etmək lazımdır. Yeni tanışlıq, ilk baxışdan məhəbbət yarana bilər. Elektrik cihazlarının, ildırımın heç bir qorxusu yoxdur. Çirkaba batmaq, zir-zibillə məşğul olmaq, kimdənsə asılı olmaq və qeyri-müstəqil həyat sürmək bu günə zidd olan xüsusiyyətlərdir.

Avesta astrologiyasına görə, 8-ci Günəş gününün himayədarı Xvarna (Mənası: Bolluq, Xeyirxahlıq, Azadlıq).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:

- tutulmaya tamaşa etməyin;

- tutulma saatlarında qapalı şəraitdə olun;

- uzaq səfərə və ya səyahətə çıxmayın;

- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;

- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;

- maliyyə əməliyyatlarından qaçın;

- kütlə ilə hər hansı əlaqə yaratmayın;

- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;

- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi Rəhimli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR