Qoroskop
Astroloji proqnoz - 27 oktyabr
QOÇ - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vura bilərsiniz. Mübahisələrdən uzaq olun. Axşama yaxın önəmli xəbər eşidəcəksiniz.
BUĞA - Sağlıq durumunuzu nəzarətdə saxlayın. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Bunun üçün ən rahat yol pəhriz saxlamaqdır. Maddi sıxıntılarınız azalmaqdadır.
ƏKİZLƏR - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, maraqlı gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.
XƏRÇƏNG - Bu təqvimin yeganə bürcüsünüz ki, bəxtinizdə səfər və qonaqlıqlar durur. Enerjinizin çoxluğu qarşınızda duran bəzi maneələrin aradan qalxmasına təkan verəcək. Təki səbrli olasınız.
ŞİR - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət görülmür.
QIZ - Hər mənada səmərəli təqvimdir. Bir tərəfdən perspektivli görüşlər, digər tərəfdənsə sevindirici xəbərlər ovqatınızı xeyli yüksəldəcək. Axşam dostlarınızla birgə gəzintiyə çıxın.
TƏRƏZİ - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə ağırlıq gözlənilir. Qara ciyərinizlə bağlı problemləriniz mümkündür. Fəaliyyətdə isə çətinliyiniz gözlənilmir.
ƏQRƏB - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.
OXATAN - İş yerində mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. İndiki məqamda belə şeylər yaramaz. Büdcənizi sağa-sola səpməyin.
OĞLAQ - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var.
SUTÖKƏN - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü gün ərzində bu istiqamətdə sevinəcəyinizi bildirir. İkitərəfli əməkdaşlıqdan imtina etməyin.
BALIQLAR - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməyin. Sadə olun.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR