• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 01 noyabr

  • Qoroskop
  • 1 Noyabr 2014 00:03
  • 1 303 Baxış
Astroloji proqnoz - 01 noyabr

QOÇ - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

BUĞA - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Bu səbəbdən uzaqgörən və dözümlü olun.

ƏKİZLƏR – Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Səfərə çıxmayın.

XƏRÇƏNG - Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Sonrakı ərəfədə sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

ŞİR - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi daha çox sevgidən alın.

QIZ – Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Əsas diqqəti münasibətlərə yönəldin.

TƏRƏZİ - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Sizi gözləyənləri şad edin.

ƏQRƏB - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca əlverişlidir.

OXATAN - Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki bütün hallarda həkim əlinə düşməyəcəksiniz. Nahardan sonra şad xəbər eşidəcəyinizə inanın.

OĞLAQ – Qarşınızda füsunkar bir təqvim var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

SUTÖKƏN - Dünəndən mənfi enerjili Ay bürcünüzdə olduğundan fəaliyyətinizdə bəzi neqativliklər ola bilər. Əzm göstərin ki, nəticə uğurlu olsun. Axşam ürəyinizə yaxın simsarlarınıza baş çəkin.

BALIQLAR - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR