Astroloji proqnoz - 16 dekabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 16 dekabr

QOÇ – Qarşınızda duran bu təqvim sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.

BUĞA - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı adamlarla görüşləriniz də gözlənilir.

ƏKİZLƏR - Evdə tək-tənha oturmaqdansa ürəyinizə yaxın insanların arasında olun. Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Riskli işlərdən uzaq olun.

XƏRÇƏNG – Bu gün xeyli aktiv məqamlar yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə müəyyən irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin şahidi olacaqsınız.

ŞİR - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

QIZ - Sevgi münasibətlərində mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla məsləhətləşməyə çalışın.

TƏRƏZİ - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında ziyarətgahlara getmək sizi yüngülləşdirəcək.

ƏQRƏB - Kifayət qədər düşərli vaxtdır. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyə çalışmayın. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

OXATAN - Nəzərdə tutduğunuz işləri icra etməkdən çəkinməyin. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Qarşıdakı yarım ayda görəcəyiniz işləri indidən götür-qoy etsəniz, sizin üçün daha əlverişli olar.

OĞLAQ - Daimi ünsiyyətdə olduğunuz şəxslərlə mülayim davranın. Əgər saat 14-ə qədər təmkin göstərsəniz, narahatçılıq olmayacaq. Axşama doğru ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.

SUTÖKƏN - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında "dərdləşin".

BALIQLAR - Nahara qədər ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə etməkdən çəkinin. Hər sözə əhəmiyyət verməyin. Daha çox ürəyinizə qulaq asın. Sonrakı saatlarda sevinəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm