• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hər bir bürc Yeni ildə nə hədiyyə almaq istəyir?

  • Qoroskop
  • 20 Dekabr 2014 11:50
  • 1 082 Baxış
Hər bir bürc Yeni ildə nə hədiyyə almaq istəyir?

Qoç

Qoçlar praktik varlıqdır və istifadə edə biləcəyi hədiyyəyə üstünlük verir. Onlar üçün əsas odur ki, hədiyyə məişətdə istifadə olunsun, ona görə də hədiyyə seçərkən bu fakta fikir verin. Qoçlara hədiyyə kimi pul, məişət texnikası və ya digər faydalı əşyalar olan yaddaş kartı, telefon, kəmər və əlcəklər verə bilərsiniz. Kişi qoçlara alışqan, trubka, silah hədiyyə etməyiniz məsləhətdir. Qadın qoçlar isə xəz-dəri əşyaları və təbii metal zinət əşyalarına üstünlük verir.

Buğa

Buğa gözəllik aludəçisidir, bununla yanaşı onlar praqmatikdirlər. Ona görə də buğalar üçün ucuz hədiyyə seçməyin. Buğalara bahalı antik əşya, sanballı saat və aksessuar, məşhur rəssamların rəsm əsəri və digər təsirli əşyalar hədiyyə verə bilərsiniz. Kişi buğaya hədiyyə kimi bahalı içki, qalstuk verə bilərsiniz. Qadın buğalar isə öz evini çox sevir. Ona görə də qadın buğalar evini yeni süfrə, qab-qacaq, texnika və məişət əşyaları ilə bəzəməyi də xoşlayır. Hədiyyə kimi onlara kosmetika, bahalı ətir və bijüteriya da verə bilərsiniz.

Əkizlər

Əkizlər çox aktiv və həyat sevən varlıqdır. Onlar intellektli olduğu kimi ikili naturaya məxsusdur. Ona görə də hədiyyəni onlara uyğun seçmək lazımdır. Yaxşısı olardı ki, onlara iki hədiyyə verəsiniz. Axı əkizlər ikili şəxsiyyətdən ibarətdir. Kişi əkizlərə bahalı zaponka və ya qələm, intellektual stolüstü oyunlar verə bilərsiniz. Qadın əkizlərə zinət əşyaları uyğundur. Lakin onlar nadir və eksklüziv hədiyyəni sevir. Bununla yanaşı, onlar macəra-hədiyyə də sevir. Məsələn, paraşütdən tullanış, göydələnin sonuncu mərtəbəsində şam yeməyi.

Xərçəng

Xərçənglər çox həssas və ehtiyatını görən naturadır. Siz onlara nə hədiyyə versəniz belə, əmin olun ki, o, hədiyyə xərçənglərdə artıq var. Ona görə də, xərçənglərə hədiyyə seçərkən bir qədər beyninizi işə salın. Çalışın xərçənglərə antik əşya, sandıq, qravyura, həmçinin də, qədimi kitab və zinət əşyaları verə bilərsiniz. Kişi xərçəngə stolüstü lampa və ya bahalı markalı şərab şüşəsi verə bilərsiniz. Qadın xərçənglərə talisman, boşqab, mirvaridən hazırlanmış bəzək əşyası və pərqu əşyalar verə bilərsiniz.

Şir

Şirlər alicənab və nəcib insanlardır. Onlar hər bir hədiyyəni xoşlayır. Sizin onlara nə hədiyyə seçməyiniz vacib deyil. Əsas odur ki, hədiyyəni yaxşı bağlayıb yaxşı da təqdim edə biləsiniz. Kişi şirlərə trofey silah, bahalı spirtli içki, qiymətli daş-qaşla işlənmiş üzük və ya qalstuk verə bilərsiniz. Qadın şirlər bəzək və qiymətli daşlar, bahalı parfüm və avtomobilə üstünlük verir.

Qız

Qızlar yığcam, praktik və ünsiyyətcildirlər. Onlar hədiyyənin xarici görkəminə də fikir verir. Rəfə qoyulmayan hər bir hədiyyə qızlara uyğundur. Əsas odur ki, hədiyyəni istifadə edə bilsinlər. Kişi qızlar telefon, noutbuk, rüqzak və alət dəstinə önəm verir. Qadın cinsli qızlara hədiyyə kimi gün eynəyi, mətbəx avadanlığı və yataq dəstini hədiyyə edin.

Tərəzi

Tərəzilər gözlənilməzdir. Onlar cazibəli və hərdəmxəyal olurlar. İncəsənət, orijinallıq və zərifliyi xoşlayır. Ona görə də, tərəzi bürcündən olan insanlara əldə düzəldilmiş hər hansı bir hədiyyə verin. Məsələn, onların şərəfinə yazılmış şeir, musiqi əsəri. Kişi tərəzilərə kitab, bahalı bilərzik, yüksək keyfiyyətli çay verin. Qadın tərəzilər isə hədiyyə kimi kosmetika və bəzək əşyası, əlcək və ya şərf, zərif baş örtüyü, çanta və bahalı ətirlərə önəm verir.

Əqrəb

Əqrəblər fəal və tələbkar naturadır. Əgər verdiyiniz hədiyyə onların xoşuna gəlməsə, siz bunu yerindəcə biləcəksiniz. Ona görə əqrəblərə antik əşya, brilyant və daşlardan hazırlanmış zinət əşyası, əqrəb işarəsi olan kulon verməyiniz məsləhətdir. Kişi əqrəblərə silah, ekzotik şərq suveniri və erotik xarakterli hədiyyə verin. Qadın əqrəblərə isə ətir və erotik alt paltarı hədiyyə edin.

Oxatan

Oxatanlar rəhbər və fərqli insanlar olur. Onlara hədiyyə kimi məzəli - hədiyyə, kitab verin və ya ekzotik ölkəyə səyahət təşkil edin. Kişi oxatanlara onları centlmen kimi göstərə biləcək istənilən hədiyyəni vermək olar. Qadın oxatanlara isə bahalı ətir, bijuteriya, idman zalı və ya hovuza abunə bileti verin.

Oğlaq

Oğlaqlar ambisiyalı və qənaətcil insanlardır. Bu bürcün nümayəndələrinə kəmər, zaponka, çətir, zinət əşyaları və saat verə bilərsiniz. Kişi oğlaqlar hədiyyə sertifikatı və pula önəm verir. Qadın oğlaqlar nadir hədiyyələr kimi nənədən qalma zümrüd və yaqut qaşlardan hazırlanmış bəzək əşyasını xoşlayır.

Dolça

Dolçalar gözlənilməz adamdır. Onlar üçün hədiyyəni eksklüziv mağaza və ya ekzotik dünya ölkələrinin bazarında axtarın. Kişi dolçalar heykəl, xiromantiya üzrə kitab, qədim gözmuncuğu hədiyyə edin. Qadın dolçalara isə dizaynerli geyim və səyahət bileti hədiyyə edin.

Balıqlar

Balıqlar sakit və həssas naturadır. Onlar üçün hədiyyənin nədən ibarət olması önəmli deyil. Əsas odur ki, hədiyyə səmimi təqdim olunsun. Kişi balıqlara konsertə bilet, kolleksiya üçün silah və ya musiqi diskləri verin. Qadın balıqlar bahalı geyim, şüşədən hazırlanmış heykəlcik və intim xarakterli hədiyyələrə əhəmiyyət verir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR