Qoroskop
Səbuhi Rəhimlidən fevralın 14-nə olan astroloji proqnoz
QOÇ - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.
BUĞA - Saat 12-yə qədər uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Sonrakı müddət isə bu baxımdan səmərəli deyil. Evdə təmir aparmaq üçün bu təqvimin böyük əhəmiyyəti var.
ƏKİZLƏR - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.
XƏRÇƏNG - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
ŞİR - Müqəddəs ziyarətgahlara getmək üçün günün ikinci yarısı münasib vaxtdır. Amma fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Çünki Ay bürcünüzdə qərar tutub.
QIZ - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə isə tam ümidlə baxın.
TƏRƏZİ - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki ayın ikinci yarısında bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.
ƏQRƏB - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
OXATAN - Ayın ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə müəyyən qədər artım da mümkündür.
OĞLAQ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nahardan sonra qazanmaq ehtimalınız var.
SUTÖKƏN - Bürcünüzün ən uğurlu günlərindən birini yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.
BALIQLAR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın və köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu