Qoroskop
Astroloji proqnoz - 19 fevral
QOÇ - Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir.
BUĞA – Bu təqvimi xoş ovqatla qarşılasanız, planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İstirahətdən daha çox əlaqələri dərinləşdirin. Axşama doğru işlə bağlı təkliflərə laqeyd qalmayın.
ƏKİZLƏR – Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimin sizə əhəmiyyəti böyük olacaq. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək.
XƏRÇƏNG – Yaxşı olar ki, əsas vaxtınızı istirahətdə keçirəsiniz. Əks təqdirdə cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar baş verə bilər. Bir az təcrid olunun.
ŞİR - Xırda mübahisələri nəzərə almasaq, bu tarix sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı tədricən onların beyninə yeridin.
QIZ - Təəssüf ki, ixtiyarınızda olan bu gün hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da saat 15-18 arası bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Daha çox neytral olun.
TƏRƏZİ - Bu dəyişkən təqvimdən qorxmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu ərəfədə heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.
ƏQRƏB - Təzadlı gündür. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən vaz keçin.
OXATAN - Bütün vacib iş və planlarınızı günün ilk yarısında həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görür
OĞLAQ - Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın.
SUTÖKƏN - Bürcünüzün hakimiyyət dövrü bu gün başa çatdığı üçün mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Daha çox mənəvi rahatlığınızı təmin edin.
BALIQLAR – Saat 14-ə qədər ümumi işlərinizdə passivlik hökm sürəcək. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalı, eləcə də səhhətinizlə məşğul olmalısınız.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO