• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Astroloji proqnoz - 01 mart

  • Qoroskop
  • 1 Mart 2015 00:03
  • 1 388 Baxış
Astroloji proqnoz - 01 mart

QOÇ - Ulduzlar müdafiənizdə durub. Bu səbəbdən də Tanrıya xoş gedən bütün işləriniz müsbət sonluqla başa çatacaq. Səmərəli təkliflər, xoş xəbərlər ovqatınızı xeyli yüksəldəcək.

BUĞA - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında işlə bağlı riskə getmək olar.

ƏKİZLƏR - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

XƏRÇƏNG - "Hirsli başda ağıl olmaz"lığını yəqin ki, bilirsiniz. Xüsusən də günün birinci yarısını sakit tərzdə başa vurmağa çalışmalısınız. Axşamsa ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.

ŞİR - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında "dərdləşin".

QIZ - Sevgidə mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla işbirliyi qurmaqdan çəkinməyin.

TƏRƏZİ - Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Gələcək karyeranız məhz bundan asılıdır. Riskli işlərdənsə uzaq olun. Ailə-sevgi münasibətlərində inad etməyin.

ƏQRƏB - Gün ərzində bir neçə aktiv məqam yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin, xoş ovqatın şahidi olacaqsınız.

OXATAN - Kifayət qədər düşərli ərəfədir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyin. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

OĞLAQ - Martın bu ilk yarpağı sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.

SUTÖKƏN - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı görüş və maddi irəliləyiş də gözlənilir.

BALIQLAR - Evdə oturmağa lüzum yoxdur. Çünki ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə gözlənilir. Əsas diqqəti fəaliyyətə yönəldin ki, gözlənilən xoşagəlməzliklər baş verməsin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR