• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 06 mart

  • Qoroskop
  • 6 Mart 2015 00:03
  • 1 449 Baxış
Astroloji proqnoz - 06 mart

QOÇ – Yaxın on gündə görəcəyiniz işləri mütləq bu gün dəqiqləşdirin. İstənilən sövdələşmədə iştirakınız əhəmiyyətlidir. Vaxtınız qalsa, məhəbbət amilinə də nəzər yetirin.

BUĞA - Qarşılıqlı münasibətlər zəminində qərəzli mövqe nümayiş etdirməyin. Yersiz qısqanclıq, tələsik qərarlar sizə başucalığı gətirən deyil. Bir qədər məxfilik prinsiplərinə söykənin.

ƏKİZLƏR - Təəssüf ki, ulduzların düzümü kifayət qədər gərgin gün olduğunu göstərir. Odur ki, hər bir addımda ehtiyatlı olmalısınız. Ağlınız kəsməyən, həmçinin riskli işlərdən uzaq olmağa çalışın.

XƏRÇƏNG - Saat 14-ə qədər darıxdırıcı məqamlar yaşasanız da, sonrakı müddətdə aktivliyiniz artacaq. Müştərək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarınıza ciddi fikir verin.

ŞİR - Enerji və səhhətiniz qaydasında olduğundan ovqatınız xoş olacaq. Odur ki, ciddi maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə baş çəkməyinizi tövsiyə edir.

QIZ – Dünəndən Ay bürcünüzdə olduğu üçün gərginliyiniz ola bilər. Lakin təmkin göstərməklə ola bilsin, bu kimi hallarla üzləşməyəsiniz. Sağlamlığınızın qayğısına qalmağı da unutmayın.

TƏRƏZİ - Şanslarınız artsa da, qarşınızda duran maneələri dəf etmək üçün özünüzdə təpər tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırmalı, münaqişələrdən yayınmalısınız.

ƏQRƏB - Ulduzlar bu gün işlərinizin çox olmayacağını, buna görə də rahatlığınızı bərpa edəcəyinizdən xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiyə həsr edin. Bugünkü dualarınız qəbul olunacaq.

OXATAN - Durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözləyirsiniz. Əmin olun ki, Göy qübbəsi sizi intizarda qoymayacaq. Bəzi mətləbləri gerçəkləşdirmək üçün pul xərcləməkdən çəkinməyin.

OĞLAQ – Mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.

SUTÖKƏN – Sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyiniz vacibdir. Çünki belə yerdə susmaq "qızıl" olmayacaq. Sizi sevənlərə qayğı göstərin.

BALIQLAR - Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Məsuliyyətinizi artırın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR