• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Astroloji proqnoz - 08 mart

  • Qoroskop
  • 8 Mart 2015 00:03
  • 1 263 Baxış
Astroloji proqnoz - 08 mart

QOÇ - Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlərə görə indi başınız ağrıyır. Bu səbəbdən də incikliklər artmaqdadır. Heç olmasa, bu gündən başlayaraq, maksimum tədbirli olun, tələsik qərar çıxarmayın.

BUĞA - Müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənizin ziddinə gedə bilər. Odur ki, özünüzü ələ almalı, dar macalda güvəndiyiniz adamların məsləhətini eşitməlisiniz. Axşama sürprizlər olmalıdır.

ƏKİZLƏR - Sağlıq durumunuzun qayğısına qala bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, bu gün nahardan sonra bir-birinin ardınca yaxşı xəbərlər eşidəcəksiniz. Səfərə çıxmayın.

XƏRÇƏNG - Ətrafınızda olan bədxah adamların sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar.

ŞİR - Daha çox sevgi istiqamətində uğurlarınız mümkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Ümumiyyətlə, bu gün riskdən qaçın.

QIZ - İnsanlarla əlaqələrinizi genişləndirməyə çalışın. Çünki ulduzlar qarşılıqlı münasibətlərin yüksək səviyyədə olacağından, başa düşüləcəyinizdən xəbər verir. Bu axşam qonaqlıq təşkil etmək səmərəlidir.

TƏRƏZİ - Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Xüsusən də saat 14-17 aralığında aktivliyinizi daha da artırmalısınız.

ƏQRƏB - İxtiyarınızda olan bu bayram günü kifayət qədər uğurlu olacaq. İstər yeni sövdələşmələrdə, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göy qübbəsi sizə yardımçı olacaq. Qalır ədalətli olmaq.

OXATAN - Şəxsi həyatınızda müsbət dönüş gözlənilir. Amma gərək qarşıya qoyduğunuz planları axşama qədər reallaşdırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayacaq. Hər kəslə anlaşmağa çalışın.

OĞLAQ - Maraqlı ərəfə yaşayacaqsınız. Hətta hədsiz sevincinizə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var. Nüfuzlu insanlarla mümkün qədər sıx-sıx görüşün.

SUTÖKƏN - Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Heç kimə yalan vəd verməyin. Ötən iki ayda həll edə bilmədiyiniz problemlər bu gündən çözülməyə başlayacaq.

BALIQLAR - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın. Qidanıza fikir verin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR