Qoroskop
Astroloji proqnoz - 30 aprel
QOÇ - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq.
BUĞA - İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
ƏKİZLƏR - Olduqca əlverişli gündür. Yeni və perspektivli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə gərgin gün hesab etmək olar. Bu səbəbdən də bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.
ŞİR - Sevgi münasibətlərində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
QIZ - Qərarlarınızda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Mənfi enerjili Ayın bürcünüzdə olmasını da unutmayın. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
TƏRƏZİ - Ulduzlar əsas vaxtınızı maliyyə istiqamətində xərcləməyinizi məsləhət görür. Hər hansı əyləncə və ya səfərlər uğurdan xəbər vermir. Bu şansdan yararlansanız, büdcəniz artacaq.
ƏQRƏB - Ümumi sıxıntılarınız qlobal planlarınızın gerçəkləşməsinə mane olur. Yaxşı şeylər düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
OXATAN - Bəri başdan sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
OĞLAQ - Bir qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
SUTÖKƏN - Günün birinci yarısında mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Odur ki, hər xırda məsələyə ciddi reaksiya verməyin. Nahardan sonra maraqlı görüşləriniz gözlənilir.
BALIQLAR - Saat 15-ə qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizədir.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ