Rəsmi xronika
Gömrük Komitəsi seminar-müşavirə keçirdi
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Azərbaycan gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına gömrük orqanları tərəfindən nəzarətin həyata keçirilməsini tənzimləyən sistemin tətbiqi ilə bağlı seminar-müşavirə keçirilib.
DGK-nın Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və rəis müavini, gömrük xidməti polkovniki Nüsrət Qurbanov iştirak ediblər.
Seminar-müşavirədə çıxış edən İ. Babayev Azərbaycan prezidentinin 22 aprel 2008-ci il tarixli, 744 nömrəli fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnamədə edilən dəyişikliklər və Azərbaycan prezidentinin 21 may 2016-cı il tarixli, 918 nömrəli fərmanı ilə DGK-nın üzərinə qoyulan vəzifələr barədə iştirakçıları məlumatlandırıb.
İ.Babayev gömrük əməkdaşlarına gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə gömrük nəzarətinin həyata keçirilməsi metodu barədə izahat verib. Eyni zamanda, fiziki şəxslərin gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni, müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklərini diqqətə çatdırıb.
Tədbirdə bu problemlərlə rastlaşan şəxslərlə bağlı gömrük əməkdaşlarının hüquqi baxımdan hərəkətləri və fiziki şəxslərə bu haqda müvafiq izahatların verilməsi kimi məsələlərə də toxunulub.
Daha sonra DGK Aparatının əməkdaşları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində (VAİS) gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına nəzarətin həyata keçirilməsini əyani şəkildə nümayiş etdirib və bu mövzuda təqdimatla çıxış ediblər.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO