Qadın güləşçilərə medalları Mehriban Əliyeva təqdim etdi
Bizi izləyin

Rəsmi xronika

Qadın güləşçilərə medalları Mehriban Əliyeva təqdim etdi

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Bu çəki dərəcəsində Azərbaycan təmsilçisi Elis Manolova birinci olub.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm