“Qarabağda münaqişə yenidən alovlana bilər” - Prezidentin köməkçisi
Bizi izləyin

Rəsmi xronika

“Qarabağda münaqişə yenidən alovlana bilər” - Prezidentin köməkçisi

“Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir”.

Publika.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir

N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır davam edir və Azərbaycanın 20 faiz ərazisi Ermənistan işğalındadır: “Bu münaqişə nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Lakin nədənsə problemin “dondurulmuş münaqişə” kimi təqdim edilməsi cəhdləri zəifləmir. İnamla təsdiq etmək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir”.

Onun sözlərinə görə, bu oyunlar davam etdiyi müddətdə nəticə dəyişməyəcək.

“Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirlər, lakin birmənalı mövqe tutmamağa üstünlük verirlər. Biz həmsədr ölkələrdən və beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik”, - deyə o bildirib.

Beynəlxalq münasibətlərdə ədalət yoxdur

N.Məmmədov beynəlxalq münasibətlərdə ədalətin olmadığına diqqət çəkib: “İndi beynəlxalq münasibətlərdə müvəffəqiyyət haqda danışmaq çox çətindir, çünki dünya Varşava müqaviləsinin ləğvindən sonra ədalət prinsiplərini saxlamağı bacarmadı. Buna görə də dünya ədalətin yoxluğu ilə üzləşdi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, hansı universal dəyərlər haqda danışmaq olar?!”.

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır.

Rusiyanın bu addımlarını təəccüblə qarşıladıq

N.Məmmədov Azərbaycanın Rusiya ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib.

“Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Bakının planlarında Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi daxildir. Rusiya ilə Azərbaycanın bağlarının yüzillik tarixi var. Biz yüksək əməkdaşlığa malikik”, - deyə o qeyd edib.

Lakin N.Məmmədov onu da əlavə edib ki, Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin Bakı haqda bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında təəccüblə qarşılandı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm