Rəsmi xronika
İlham Əliyev: "Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək"
"Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir. “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir. On üç “ASAN xidmət” mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.
"Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk" - deyə, prezident vurğulayıb.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO