• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ağcaqanadlar ən çox kimləri sancır?

Ağcaqanadlar ən çox kimləri sancır?

Yay günlərində milçəklər və ağcaqanadlar gecələr yatmağa imkan vermir. Üstəlik, bir yandan da vız-vız səsləri insanın əsəblərini korlayır. Nə qədər qovsaq da, bu həşəratlar sonda öz istəyinə nail olurlar. Səhər yuxudan oyananda isə bədənimizdə onların qoyduğu xoşagəlməz izlər qalır.

Publika.az xəbər verir ki, alimlər ağcaqanadların daha çox kimi sevdiyi haqqında araşdırmalar aparıblar. Məlum olub ki, bəzi insanlar ağcaqanadların daimi hədəfi olduğu halda, bəzilərinin yanından heç ağcaqanad da uçmur. Çünki ağcaqanad və milçəklər yalnız ehtiyaclarını ödəyə bildiyi insanlara doğru uçurlar.

Ağcaqanadların sizi sancıb-sancmayacağını bədəniniz müəyyən edir. Əgər cəlbedici bədən qoxunuz varsa, hədəf olmanız qaçılmazdır. Bədəninizdə qoxunuzu müəyyənləşdirən genlər var. Bu genlərə malik olsanız, ağcaqanadların daimi hədəfi olursunuz. Dişi ağcaqanadlar havaya qarışan qoxunu izləyərək hədəfi tapırlar.

Onlarla mübarizə aparmaq üçün bədənə çəkilən xüsusi kremlər və spreylər var. Bu məhsullar ağcaqanadları itələyici qoxuya malikdir.

Xatırladaq ki, ağcaqanadlar yumurtalamaq üçün qana ehtiyac duyurlar. Erkəklər yumurta qoymadığı üçün sancmırlar. Dişi ağcaqanadlar yumurtladıqları üçün daha çox bizi narahat edirlər. Ağcaqanadların əsas enerji mənbəyi şəkərdir. Bütün milçək və ağcaqanadlar meyvə nektarı, suları və bitki mayeləri ilə bəslənirlər. Şəkər enerji istehsal etmək üçün istifadə edilir və qan isə yumurtalar üçün saxlanılır.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR