Qarın yağlarını əridən içkilər
Bizi izləyin

Sağlamlıq

Qarın yağlarını əridən içkilər

Sürətlə arıqlamaq üçün idmanla birlikdə pəhriz saxlamaq da şərtdir. Detoks suları da istənilən nəticəni daha tez əldə etməyə kömək edir.

Publika.az arıqlmağa kömək edən içkilərin siyahısını təqdim edir. Maraqlıdır ki, mütəxəssislərin hazırladığı siyahıya isti şokolad da daxildir.

İsti şokolad: Nə qədər təəccüblü olsa da, tünd şokolad arıqlamağa kömək olur. Naharda isti şokolad içmək iştahanı və yemək istəyini öldürür.

Meyvəli su: Suyun əvəzolunmaz faydalarını hamımız bilirik. Su içmək vərdişinə yiyələnmək üçün suyunuzun içinə təzə nanə, qreypfrut, portağal və limon kimi kalorisi aşağı olan tərəvəz və meyvələr ataraq içməyə çalışın. Meyvələr suya xüsusi dad verir.

Qreypfrut şirəsi: Tərkibindəki C vitamini sayəsində immuniteti gücləndirən qreypfrut qarın yağları əritməkdə olduqca effektlidir. Toxluq hissi verən qreypfrut metabolizmi yaxşılaşdırır və yağ yandırma prosesini sürətləndirir.

Nanə çayı: Rahatladıcı və yeniləyici xüsusiyyətlərindən əlavə, yağları əridib qarnı düzləşdirir. Nanə çayı orqanizmə daxil olan yağlı yeməklərin həzm edilməsini asanlaşdırır və şişkinlik problemini aradan qaldırır. Effektini daha tez əldə etmək üçün hər gün nanə çayı için.

Yaşıl çay: Mütəxəssislər yaşıl çayın saymaqla bitməyən faydalarını sübut ediblər. Buraya yağları yandırması da daxildir. Tərkibindəki katexin və antioksidantlar qarın bölgəsinin yağlarını tez bir zamanda əridir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm