Menstruasiya vaxtı yaranan ağrıları azaltmaq üçün nə yeməli?
Bizi izləyin

Sağlamlıq

Menstruasiya vaxtı yaranan ağrıları azaltmaq üçün nə yeməli?

Menstruasiya başlamazdan bir neçə gün əvvəl qarnın aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, sidik ifrazı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren, özündəngetmələr, depressiya, hər şeyə kəskin reaksiya vermək kimi bir çox digər narahatedici əlamətlər əmələ gəlir. Bu, əslində, normal hadisədir. Amma qarnınızda ağrılar güclüdürsə, onda siz ağrıkəsici qəbul edə bilərsiniz. Menstruasiya intensiv və güclü ağrılarla müşayiət olduqda isə ginekoloqa müraciət etməyiniz məsləhətdir.

Menstruasiya dövrünü rahat keçirmək üçün qidalanmanıza fikir verməlisiniz. Məsələn, qadınlar aybaşı zamanı şirniyyata, xüsusən də şokolada daha çox meyl edirlər. Amma şokolad əvəzinə bunları yesəniz, menstrusiyanı daha rahat keçirərsiniz.

Publika.az-ın sağlamlıq bölməsi menstruasiya dövründə üstünlük verməli olduğunuz qidaların siyahısını təqdim edir:

Balıq, toyuq: Orqanizmdə dəmir itkisi olacağı üçün balıq və toyuq kimi qidaları yeyib dəmir səviyyəsini yüksək saxlamaq vacibdir.

Taxıl: Taxıllar qadınlarda estoregen səviyyəsini tarazlaşladırır. Tərkibindəki liflər sayəsində qan şəkərini normaya salır.

A vitamini: Kartof, ispanaq, yerkökü kimi qidalarda olan A vitamini yağlı dərilərdə sızanaq yaranmasını əngəlləyir.

C vitamini: Meyvələrdə olan C vitamini əhvala müsbət istiqamətdə təsir edərək stresi aradan qaldırır. Nəticədə menstruasiyadan əvvəl stress yaşamırsınız.

B6 vitamini: Qanda hemoqlobin yaranmasını təmin edir və sinir sisteminin yaxşı işləməsinə kömək edir. B6 vitamini quru meyvə, yumurta, yulaf kimi qidalarda olur.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm