Sağlamlıq
Razyana çayı ilə necə arıqlamaq olar?
Deyilənə görə, qədim hindular köklüyün qarşısını almaq üçün razyana çayından istifadə ediblər.
Publika.az razyana ilə dəmlənən çayın faydalarını və arıqlamağa kömək edib-etmədiyini araşdırıb:
Mütəxəssislər də təsdiq edir ki, bu çay vasitəsilə arıqlamaq mümkündür. Razyana bədəndəki yağları hətta yaşıl çaydan belə tez əridir.
Bəs, bunu necə edir?
1. Razyana toxumu maddələr mübadiləsini sürətləndirdiyindən, gün ərzində daha çox kalori xərcləməyinizə səbəb olur.
2. Toxumun tərkibindəki maddələr iştahanı azaldır, daha az yeməyə başlayırsınız.
3. Razyana toxumu qanı təmizləyir. Bu da qaraciyərin fəaliyyətini yaxşılaşdırır və orqanın bədəndəki yağları daha tez atmasına səbəb olur.
4. Razyana detoks effekti verir. Yəni, bədəni toksinlərdən və ödəmdən təmizləyir. Bu da özünüzü daha yüngül və arıq hiss etmənizə səbəb olur.
5. Razyana həm də sidikqovucudur. Bütün sidikqovucu vasitələr kimi razyana da bədəndəki şişkinliyi azaldaraq arıq görünməyi təmin edir.
6. Razyana orqanizmin daha çox melatonin hormonu ifraz etməsinə səbəb olur. Bu hormon yuxu rejiminizi qaydaya salır. Araşdırmalar göstərib ki, 8 saatlıq yuxu rejiminə əməl edənlər daha arıq olurlar.
Razyananın tərkibində bir çox mineral və vitamin var.
Kalsium, maqnezium, fosfor, A və C vitamini, həmçinin, liflə zəngin olan razyana çayı sadəcə arıqlamağınıza deyil, həm də özünüzü daha sağlam hiss etməyinizə səbəb olacaq.
Razyananın bu faydalarından yararlanmaq üçün nə etməli?
Bunun üçün ən yaxşı üsul razyananı çay kimi dəmləyib içməkdir.
1 litr suyu qaynadın. Qaynayan suya 2 xörək qaşığı qurudulmuş razyana ( və ya bir az təzə razyana) töküb ocağın altını söndürün.
Qabın ağzını örtün. Otaq temperaturuna gəlməsini gözləyin. Bu çaydan gündə 3-4 stəkan içə bilərsiniz.
Razyana bəzi insanlarda allergiyaya səbəb ola bilər. Odur ki, bu çayı içməzdən öncə həkiminizlə məsləhətləşin.
Ləman Sultan
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi