Xərçəngin dərmanı - böyürtkən
Bizi izləyin

Sağlamlıq

Xərçəngin dərmanı - böyürtkən

Böyürtkən ən faydalı meyvələrdən biridir. Türkiyəli həkim Turan Karadəniz bu möcüzəvi meyvənin insan orqanizmi üçün faydalı xüsusiyyətlərindən danışıb.

Publika.az həmin məlumatları sizinlə bölüşür:

Həkimin sözlərinə görə, böyürtkən xərçəngin ən böyük düşməni hesab edilə bilər: “Araşdırmalar göstərib ki, böyürtkənin tərkibindəki aktiv maddələr xərçəng hüceyrələrinin və şişin böyüməsini əngəlləyir”.

Həkim bildirir ki, mürəkkəbin tərkibindəki “ellagic” turşusu xərçəng hüceyrələrini məhv edən ən təsirli maddədir. Doktor T.Karadəniz mürəkkəbin, sadəcə xərçəngə qarşı faydalı olmadığını, bu möcüzəvi meyvənin bir çox problemin həlli olduğunu bildirir: “Ağrılara, yüksək təzyiqə, şəkər xəstəliyinə, tənəffüs yolu xəstəliklərinə qarşı təsirlidir. Kiçik yaraları sağaltmaq üçün böyürtkəndən faydalanmaq olar. Böyürtkəni yaraya çəkdikdə sağalma prosesi sürətlənir. Böyürtkən qəbizliyi aradan qaldırır. İnsanı tox saxlayır”.

Həkim böyürtkənin yarpaqlarının da sağlamlıq üçün bir sıra faydaları olduğunu bildirir: “Böyürtkənin yarpaqlarını qaynadıb içsələr, diş və diş ətinə yaxşı təsir edər. Yarpaqlarla yanaşı, bitkinin kökünü də qaynatsalar, bu çay böyrək daşlarının tökülməsinə kömək edər”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm