Qışa hazırlıq: itburnu möcüzəsi
Bizi izləyin

Sağlamlıq

Qışa hazırlıq: itburnu möcüzəsi

İtburnu ən zəngin C vitamini qaynaqlarından biri hesab edilir. Payız və qış aylarında soyuqlama və qripdən əziyyət çəkməmək üçün təbiətin bəxş etdiyi bu möcüzəvi bitkidən faydalana bilərsiniz.

Publika.az itburnunun yararlı və faydalı cəhətlərini, həmçinin ondan istifadə qaydalarını araşdırıb:

İtburnu dəri xəstəliklərindən xərçəngə, ürək xəstəliklərindən revmatizmaya qədər bir çox problemin çarəsidir.

C vitamini anbarı

Yuxarıda da qeyd etdiyimiz kimi, itburnu külli miqdarda C vitamini ehtiva edir. C vitamini immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qalxan rolunu oynayır. C vitamini güclü antioksidantdır. Orqanizm üçün zərərli hüceyrələrin çoxalmasını önləyir. Orqanizmin daha çox kollagen istehsal etməsinə kömək edir.

İtburnu yaraları sağaldır

Bədənin harasında olmasından asılı olmayaraq, yaraların tez sağalmasını təmin edir. Bunun üçün 4 xörək qaşığı itburnunu sıxıb şirəsini çıxarın və ya 1 stəkan suda bişirin. Yumşalmış itburnunu əzib yaranın üzərinə yaxın.

Xərçəngə qarşı

Son illər xərçəngə qarşı mübarizədə ən çox istifadə edilən vasitəlrədən biri də itburnudur. Buna səbəb itburnunun ehtiva etdiyi güclü antioksidantlardır.

Böyrəklər

İtburnu çayının tərkibindəki meyvə turşuları sidikqovucudur və həmin xüsusiyyəti ilə böyrəklərin vəziyyətini yaxşılaşdırır.

Qəbizlik

İtburnu həm də qəbizliyə qarşı güclü vasitədir. Bunun üçün 1 xörək qaşığı əzilmiş itburnunun üzərinə bir stəkan qaynar su tökün. Bir neçə dəqiqə gözlədikdən sonra həmin çayı için. İstəsəniz, çaya bal da əlavə edə bilərsiniz.

İtburnunun əks təsirləri

İtburnudan həddən artıq istifadə etdikdə ürəkbulanma, qusma və ishal müşahidə edilə bilər. Şəkər xəstələrinin, böyrəklərində daş olanların itburnundan istifadə etmələri məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm