Sağlamlıq
İmmunitet sisteminin zəiflədiyini göstərən əlamətlər
İmmunitet sistemi, sözün əsl mənasında, orqanizmin qalxanıdır. Düzgün qidalanmadıqda, yuxu rejimi pozulduqda, həddən artıq stressə məruz qaldıqda immunitet sistemi zəifləyə bilir. Bu zaman qrip və soyuqdəymə ilə yanaşı, təhlükəli xəstəliklərə yaxalanmaq ehtimalı da artır. İmmunitet sisteminizin zəiflədiyini müəyyən əlamətlərdən anlaya bilərsiniz.
Publika.az bu əlamətləri təqdim edir:
Tez-tez xəstələnmək
Əgər ofisdə ilk xəstələnən siz olursunuzsa və ya xəstə biri ilə təmasdan sonra dərhal xəstələnirsinizsə, deməli, immunitet sisteminiz çox zəifdir. Həkimlər payız-qış mövsümlərində yetkinlərin təxminən 2-4 dəfə xəstələnməsinin normal olduğunu söyləyirlər. Sizdə bu say daha artıqdırsa, həkimə müraciət edib immunitet sisteminizi gücləndirə biləcək vasitələr haqqında məsləhətlər almalısınız.
Stress
Stress immunitet sistemini zəiflədir. Maraqlıdır ki, immunitet sistemi zəiflədikcə insan özünü daha da stressli hiss edir. Yorğunluq, halsızlıq sizin mikroblara qarşı müdafiəsiz olduğunuzu göstərir.
Az su içmək
Gün ərzində az su içmək immunitet sisteminə pis təsir edir. Sidiyiniz sarı rəngdədirsə, deməli, immunitet sisteminiz zəifləməyə başlayıb. Gündə ən az 8 stəkan su içərək bu vəziyyətin qarşısını ala bilərsiniz.
Şirniyyat
Ürəyiniz tez-tez şirniyyat istəyir? Bu da immunitet sisteminin zəiflədiyini göstərən əlamətlərdən biridir.
Şirniyyat yedikcə, vəziyyətiniz daha da qəlizləşəcək. Çünki şəkər orqanizmin mikroblarla mübarizə aparmasına mane olur. Gündə 100 qramdan artıq şəkər qəbul etmək təhlükəlidir.
Köklük
Araşdırmalar göstərib ki, kök insanların immunitet sistemi daha zəif olur.
Ləman Sultan
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO