Protein tozu ölüm saçır
Bizi izləyin

Sağlamlıq

Protein tozu ölüm saçır

Türkiyənin Nevroloji Dərnəyinin baş katibi professor Siren Sezər idmanla məşğul olan gənclərin yüksək dozada zülallı məhsullar və ya zülal tozundan istifadə etməsinin böyrəyi yorduğunu açıqlayıb. Professor bildirib ki, xüsusi ilə də əzələli görünmək üçün protein tozundan istifadə edən gənc oğlanların dializdən asılı olma ehtimalı yüksəkdir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, protein tozundan istifadə indi adi hal kimi qəbul olunsa da, həkimlər bu məhsuldan şikayət edənlərin sayının durmadan artdığını bildiriblər.

Dəhşətli nəticələr doğurur

Siren Sezerin sözlərinə görə, gənclər protein tozuna maraq göstərsə də, əslində zərərlidir. O “Kişilər daha çox qızların xoşuna gəlmək və əzələ yığmaq üçün idman etməzdən əvvəl zülallı qidalara üstünlük verirlər. Buraya protein tozu da əlavə edəndə dəhşətli nəticələrə yol açır. Çünki normalda qəbul etdikləri zülaldan 4 dəfə çox zülal qəbul edirlər” – deyə bildirib.

Dializ riski

Professor Siren Sezər onu da bildirib ki, zülal tozları böyrək çatışmazlığına yol açır. Bundan başqa, yüksək təzyiq, ürək əzələlərində böyümə, erkən infarkt və ürəkdə ritm pozğunluğuna şərait yaradır. Protein tozundan daimi istifadə hətta dializə qədər gətirib çıxara bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm