Soyuqdəymədən dərmansız xilas olun!
Bizi izləyin

Sağlamlıq

Soyuqdəymədən dərmansız xilas olun!

Soyuqdəymədən dərmansız xilas olun!

Həkimlər ciddi xarakter almadığı təqdirdə soyuqdəymə və qrip zamanı dərmandan deyil, təbii vasitələrdən istifadə etməyi məsləhət görürlər.

Bəs bu zaman necə mübarizə aparmaq lazımdır?

Publika.az bu sualın cavabını araşdırıb:

*Temperaturunuz 37.7 dərəcəni keçməyibsə, qızdırmaya qarşı sirkədən istifadə edə bilərsiniz. Dəsmalı sirkəli suya batırıb ayaqlara dolamaq lazımdır. Dəsmal qızdıqca prosesi təkrarlamaq olar.

*Təmiz yerdə dincəlin.

*Bir ədəd sink həbini dilinizin üzərinə qoyun və sorun.

*Öskürürsünüzsə, çoxlu miqdarda maye qəbul edin.

*Hamama girin. Bədən temperaturunuza yaxın su ilə yuyunun.

*Yüksək miqdarda zülal ehtiva edən qidalar yeyin. Toyuq şorbası içə bilərsiniz.

*Tərkibində C vitamini olan meyvələr yeyin. Limon, portağal bu baxımdan məqsədəuyğundur.

*Burnunuzu çox təmizləməyin.

Əgər bunlara əməl etməyinizə baxmayaraq, sağalmamısınızsa, həkimə müraciət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm