• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Depressiya əleyhinə 7 faydalı qida

Depressiya əleyhinə 7 faydalı qida

1. Toyuq

Bədənimizin serotonin və dopamin kimi xoşbəxtlik hormonlarını ifraz etməsi üçün B6 vitamininə ehtiyacı var. Bu vitamini toyuq yeyərək qarşılaya bilərsiniz. Toyuğu soyutma halında şorbalarınıza qataraq və ya sobada bişirərək istifadə edə bilərsiniz. Qızarmış və dərisi üstündə olan toyuqdan istifadə etmək tövsiyyə edilmir, toyuğu bu şəkildə yemək xolesterolunuzu artırar və pis xassəli xolestrola, depressiyaya səbəb olar.

2. Alma

Alma B vitamini, kalium və fosfor baxımından zəngin bir meyvədir. Bütün bu qidalar beyindəki zərər çəkmiş hüceyrələri təmir edərək sizi depressiyadan qurtarar. Qatı meyvə sıxacağında sıxaraq və ya gündə 1 bütöv alma yeyərək depressiyadan xilas ola bilərsiniz.

3. Bal

Balda olan təbii şəkər depressiya duyğusuyla savaşmaqda çox təsirlidir. Əlavə olaraq bal zədələnmiş sinirləri təmir etməkdə çox effektlidir. Səhər və axşam gündə 2 dəfə bir çay qaşığı bal yemək sizi depressiyadan qurtarar.

4. Balıq yağı

Araşdırmalar depresiyada olan insanların omeqa-3 nisbətlərinin aşağı olduğunu göstərir. Balıq yağına beynin sağlam çalışması üçün lazım olan omeqa-3 yağ turşuları daxildir. Depressiyayla mübarizə aparmaq üçün gündəlik pəhrizinizə 1 ədəd balıq yağı həbi əlavə edin. Bu yağı aptekdən əldə edə bilərsiniz. Təbii yoldan bu yağı almaq istəsəniz somon, sardina, kətan toxumu, soya məhsulları kimi omeqa-3 ilə zəngin qidaları qəbul edə bilərsiniz.

5. Hil

Hil bədəninizə detoks təsiri edər, hüceyrələrinizi cavanlaşdırar, ruh halınızı müalicə edərək sizi depressiyadan qurtarar. 1 stəkan isti suya 1 çay qaşığı hil əlavə edib gündə 1 dəfə için. Hamam suyununuza bir miqdar hil yağı qatmaq və bu suyun içində gündə yarım saat qalmaqda gərginliyinizi aradan qaldırmağa köməkçi olacaq.

6. Püstə

C vitamini baxımından zəngin olan püstə sinir sisteminə müsbət siqnallar göndərir. Kajuda depressiyala mübarizə edən maqnezium, triptofan və vitamin B6 var. Bir fincan püstəni toz halına gətirib ilıq südlə gündə bir dəfə için. Südlə içmək istəməsəniz, ara pay olaraq bir ovuc püstəni çərəz kimi yeyə bilərsiniz.

7. Zəfəran

Zəfəran tərkibindəki yüksək miqdarda karotenoid və B vitamini ilə serotonin nisbətini yüksəldərək xoşbəxtlik hormonu ifraz edər. "Etnofarmakoloji" jurnalında nəşr olunan bir yazıya görə, zəfəran insanı orta dərəcədəki depressiyadan qurtarmaqda depressiya həbləri qədər təsirlidir. Həm də depressiya həblərinin kimyəvi zərərlərinə məruz qalmadan!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR