• USD 1,7021 0,00% EUR 1,9133 +0,54%
    • GBP 2,2098 +0,06% RUB 0,0302 0,00%

Ombanız iridirsə, deməli bu xəstəliyiniz var

Ombanız iridirsə, deməli bu xəstəliyiniz var

Böyük gözlər, böyük dodaqlar, böyük sinə, kiçik qulaq, uzun barmaqlar... qadınların gözəllik simvoludur. Amma əslində bu ölçülər xəstəlikdən xəbər verirmiş. İndi keçin güzgünün qabağına və xəbəri oxuya-oxuya ölçülərinizi bir daha gözdən keçirin.

Publika.az bununla bağlı yazını təqdim edir:

Böyük gözlərin görmə qabiliyyətində problemlər çox olur. Əsasən də göz quruluğu, allergiyasından əziyyət çəkirlər. Standart göz ölçüsü 24 mm-dir. Bundan 1 mm böyük olması belə artıq göz xəstəliklərinə yol açar.

Kiçik qulaqlar qadına yaraşıq versə də, böyrək xəstəliyinin göstəricisidir. Amma qulağın böyrəklə nə əlaqəsinin olduğunu alimlər araşdırıb tapmayıblar. Tapan kimi xəbər edəcəyik.

İri ombalar müasir dövrdə əksər qadınların arzusudur. Ona görə də dəb təqibçiləri dolğulara müraciət edirlər. Amma böyük arxası olan qadınlar yaddaş zəifliyindən əziyyət çəkirmişlər. Başla yanbızın əlaqəsi isə belədir: yanlarda yığılıb qalan piy qanın dolaşmasına, beyinə rahat qalxmasına mane olur. Bu da hafizəyə pis təsir edir.

Əl barmaqlarının da uzunluğu da yaxşı deyilmiş. Barmaqları uzun olanlar ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Elm adamları bunu ana bətnində testosteron (androgen qrupundan olan steroid hormondur) səviyyəsinin artımı ilə izah edirlər.

Şəfiqə ŞƏFA

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR