Qadın sinəsinin sağlamlığı üçün yerinə yetirilməsi vacib olan hərəkətlər - VİDEO
Bizi izləyin

Sağlamlıq

Qadın sinəsinin sağlamlığı üçün yerinə yetirilməsi vacib olan hərəkətlər - VİDEO

Sinə qadın bədəninin ən cəzbedici hissələrindən biridir. Bu görə də zərif cinsin bir çox nümayəndələri sinələrinin sağlam olmasını və gözəl görünməsini arzulayır. Lakin məlum məsələdir ki, yaşa dolduqca, həmçinin doğuşdan sonra qadın sinəsi əvvəlki elastikliyini, həcmini və formasını itirməyə başlayır.

Çoxları düşünür ki, bəzi məşqlər sayəsində sinəni böyütmək olar. Əslində bu yolla sinənin formasını sadəcə yaxşılaşdırmaq olar, əzələləri isə böyütmək olmaz. Məsələ ondadır ki, sinədə əzələ parçaları yoxdur. Əzələlər süd vəziylə qabırğaların arasında yerləşir.

Publika.az-ın sağlamlıq bölməsi sinə əzələrini gücləndirən və formasını düzəltməyə kömək edən təsirli hərəkətlərin videosunu təqdim edir.

Siz bu hərəkətlərin köməyi ilə qamətinizi yaxşılaşdıracaq, döş əzələlərinin tonusunu bərpa edəcək və sinənin zamanla öz həcmini itirməsinə mane olacaqsınız.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm