Sağlamlıq
Bir nəfər ildə 73 kq ət yeməlidir
Azərbaycanda ət istehlakı ilbəil artır. Bu faktı yalnız əhalinin say artımı ilə bağlamaq olmaz, bu həm də mövsüm amilləri ilə əlaqədardır.
Publika.az ailem.az-a istinadən xəbər verir ki, bu barədə Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan heç bir zaman digər ölkələrə ət çatdırmayıb.
“Ət və süd məhsulları, o cümlədən yağı biz öz əhalimizə çatdırırıq. Bununla yanaşı biz Hindistandan camış əti gətiririk. Eləcə də Avstraliyadan, Dağıstan, Braziliya və məhdud sayda Argentinadan ət gətirilir”.
Bununla yanaşı inkişaf etmiş ölkələrdə əhalinin gəlirinin artmasına səbəb dünyada ət istehsalının sürətlə artmasıdır. Bu nəticəyə istehsalat və kənd təsərrüfatı təşkilatları (FAO) və iqtisadi əməkdaşlıq və inkişaf təşkilatları (İƏİT) analitiklərinin qarşıdakı on il üçün hazırladıqları qlobal aqrobazarın inkişafı barədə məruzədə gəliblər.
“Azərbaycan vətəndaşları digər ölkələrin əhalisindən seçilmir və gəlir artdıqca ətə olan tələbat da artır”, - ekspert deyib.
Dünyanın bir çox ölkələrində bir nəfər gün ərzində 100 qram zülal istifadə edir. Azərbaycanda bu göstərici 75 qramdır.
Bu barədə daha öncə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.
“Bu, normal deyil, ona görə də ölkədə ət istehsalını artırmaq lazımdır”, - o qeyd edib.
Ç.Fərəcovun sözlərinə görə, Azərbaycanda 2012-ci ildə 117 min ton mal əti, 80 min ton qoyun əti, 4 min ton donuz əti, 87 min tondan çox quş əti istehsal edilib.
Ç.Fərəcov qeyd edib ki, ümumdünya səhiyyə normalarına görə orta hesabla insan ildə 73 kq ət istifadə etməlidir.
“Amma Azərbaycanda minimal istehlak səbətinə müvafiq olaraq bir nəfər 20,5 kq ət istifadə edir. Ona görə də biz ət istehlakı göstəricisinin yüksəldilməsi üçün çalışmalıyıq”, - Ç.Fərəcov deyib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO