Sağlamlıq
Qırmızı ət xərçəngə səbəb olur?
ABŞ-da aparılan araşdırmalar elm adamları arasında müzakirələrə səbəb olub. Araşdırmanın nəticələrinə görə, qırmızı ət qadınlarda döş xərçənginə səbəb olur. Xüsusilə, 18 yaşı tamam olmamış insanların qırmızı ətdən çox istifadə etməsi gələcəkdə xərçəng xəstəliyinə yaxalanma riskini artırır.
Qırmızı ətdən uzaq duran qadınlarda xərçəng riskinin daha az olduğu vurğulanır. Vegeterianların isə ət yeyən insanlara nisbətən xərçəngə yaxalanma riski 12 faiz az olur. Yeni araşdırma zamanı 24-43 yaş arasındakı 89 min qadının sağlamlıq vəziyyəti araşdırılıb. Həmçinin, döş xərçəngi xəstəliyinə yaxalanan 3 min qadının qidalanma vərdişləri öyrənilib.
Dr. Meryem Fervid İngiltərənin ən məşhur tibb jurnalı olan “British Medical Journal”da yayımlanan araşdırma ilə bağlı bunları deyib: "Həddindən artıq ət yemək döş xərçənginə səbəb olur. Bu, danılmaz faktdır”.
Prof. Key isə bu dəhşətli xəstəlikdən qorunmaq üçün qadınlara aşağıdakıları məsləhət görüb: “Qadınlar döş xərçəngi riskini ideal kiloda qalaraq, spirtli içkidən uzaq duraraq, idmanla məşğul olaraq azalda bilərlər. Qırmızı ətin yerinə lobya, yaşıl noxud, mərcimək, toyuq əti və balıq yesinlər”.
Qeyd edək ki, daha öncəki araşdırmalar qırmızı ət və ət məhsullarından çox istifadə edən insanların bağırsaq xərçənginə tutulma riskini artırdığını ortaya çıxarmışdı.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?