Yeməkdən sonra ziyanlı olan vərdişlər ...
Bizi izləyin

Sağlamlıq

Yeməkdən sonra ziyanlı olan vərdişlər ...

Bəzən yeməkdən sonra adət etdiyimiz vərdişlər sağlamlığımızda ciddi fəsadlara yol aça bilər. Tabloid.az yeməkdən sonra edilməməsi gərəkənlərin siyahısını təqdim edir. Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb ola bilər.

Daha yaxşı olar ki, meyvəni yeməkdən 1 saat sonra yeyin. Bu həzm üçün daha faydalı olacaq. Yeməkdən dərhal sonra içilən çay qidanın həzmini çətinləşdirir, zülalların orqanizmdə sovrulmamasına, vitaminlərdən tam yararlana bilməməyimizə səbəb olur. Xüsusilə qan azlığı olanlar buna diqqət etməlidirlər. Çay üçün ən doğru zaman yeməkdən bir saat sonradır. Yeməkdən sonrakı gəzinti yediyimiz yeməyin heç bir faydasının qalmamasına yol açır. Gəzintini 1-2 saat sonraya saxlasınız yaxşı olar.

Qida qəbulundan sonra duş qəbul ediıməsi qan dövranının əl və ayaqlarda sürətini artırır, mədə ətrafında qan dövranını çoxaldır ki, bu da həzm üçün son dərəcə təhlükəlidir. Dolu mədə ilə yatmaq həzm sisteminin işləməməsinə, bağırsaqların iltihablanmasına, mədə xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə yeyən kimi yatmaq kökəlməyə yol açır.

Sağlamlığımız naminə bunlara əməl etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm