Sağlamlıq
Hava proqnozu - 4 avqust
Avqustun 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında
məlumat
Publika.az AzərTAc-a istinadən
bildirir ki, Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı
ehtimalı var.
Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə
22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunundan 753 mm
civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə
25-26° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada
26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28°
isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17° isti,
gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22° isti,
gündüz 29-34° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən
yağmursuz olacağı, lakin gecə və səhər bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə
20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti,
dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacağı
gözlənilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR