Hava proqnozu - 7 avqust
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 7 avqust

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, amosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüdətli az yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm