Sağlamlıq
Təbii şirələrin FAYDASI
Təbii şirələr vitamin və mikroelementlərlə zəngindir. Onlar insan orqanizmi üçün çox faydalıdır, insanın immun sistemini möhkəmləndirir, bütün orqan və sistemlərinə müsbət təsir edir.
Təbii şirələrin istifadəsi hətta
müalicəvi effekt verir. Şirələri tam yetişmiş meyvə və
tərəvəzlərdən hazırlayırlar. Xarab meyvə və
tərəvəzlərdən şirələri hazırlamaq olmaz! Təbii şirələri
hazırladıqdan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan
təbii şirədə (soyuducuda saxlanılsa belə) vitaminlər, demək olar,
yox olur.
Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq
məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə
alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün
vitamin və mikroelementlər şirədə qalacaq.
Kök şirəsi insanın gözləri və dərisi
üçün çox faydalıdır.
Tomat şirəsi S vitamini, karotin və
kaliy mikroelementi ilə zəngindir. Bu şirə həzm prosesini
yaxşılaşdırır. Tomat şirəsində kalorilər azdır.
Kələm şirəsi orqanizmi möhkəmləndirir.
Tərkibində çoxlu yod var. Qəbizliyi aradan götürür, arıqlamağa
kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası
xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm
şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı
(1:2) da çox faydalıdır.
Xiyar şirəsi böyrəklər üçün çox
faydalıdır, bu şirə təbii sidikqovucudur. Qan təzyiqini
yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök
şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı
kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar
şirəsini içmək məsləhətdir.
Çuğundur şirəsi qan və damarları
təmizləyir, hemoqlobini artırır. Orqanizmdən toksinləri
çıxardır.
Kartof şirəsi qan təyziqini aşağı
salır, qastrit, mədə və 12-barmaq bağırsağı xorası olan insanlara
çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök
şirələrinin qarışığı insan orqanizmini təmizləyir.
Balqabaq şirəsində çoxlu B və E
vitaminləri var. Bu şirə hemoqlobini artırır. Uşaqlar üçün çox
faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək
edir.
Alma şirəsi ağ ciyəri və böyrəkləri
təmizləyir. Bu şirə dəmirlə zəngindir və bu səbəbdən qan-damar
sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır,
toksinləri çıxardır.
Portağal şirəsi qan-damar sistemi üçün
çox faydalıdır. O qara ciyərin funksiyasını yaxşılaşdırır. Lakin
mədə-bağırsaq sistemində problemlər olan insanlara bu şirəni içmək
məsləhət görülmür.
Ərik şirəsi ürək üçün çox faydalıdır. c
vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox
kalorilidir və bu səbəbdən çəkisi artıq olan insanlara və şəkərli
diabet xəstəliyindən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət
görülmür.
Ananas şirəsi arıqlamaq istəyən
insanlara kömək edə bilər. Ananasın tərkibində "bromelayn" adlı
təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini
cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək
edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün
çox faydalıdır. İmmuniteti artırır.
Qreypfrut şirəsi yuxusuzluğu və
yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır,
həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin
S ilə zəngindir. İmmuniteti artırır.
Şaftalı şirəsi aritmiyadan əziyyət
çəkən insanlara çox faydalıdır, həzm prosesini
yaxşılaşdırır.
Gavalı şirəsi kaliy ilə çox zəngindir.
Qastrit, ateroskleroz, revmatizm xəstələri üçün çox
faydalıdır.
Albalı şirəsi ən faydalı şirələrdən
biridir. Qanazlığı olan insanlara çox faydalıdır. Mədə və 12-barmaq
bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət
görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).
Qara qarağat şirəsi insan orqanizminə
insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox
faydalıdır. İmmuniteti yaxşılaşdırır.
Qırmızı qarağat şirəsi qan-damar
sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox
faydalıdır. (saglamolun.az)
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək