Sağlamlıq
Sauna arıqladırmı?
İsti hamam vә sauna tәzyiqә, qan şәkәrinә vә digәr sağlamlıq problemlәrinә yaxşı tәsir göstәrir. Belә ki, isti hamamın vә saunanın sayәsindә qan dövranı sürәtlәnir, әzәlәlәr boşalır, toksinlәri bәdәndәn atılır, dәri mәsamәlәri açılır.
Saunada tәtbiq olunan proseduralar әzәlәlәrin genişlәnmәsinә, bәdәnin dincәlmәsinә də yardım edir. Xüsusilә, qış mövsümündә effektli olmaqla, bәdәnlә birlikdә beynә dә rahatlıq bәxş edir.
Sauna tərləməyi asanlaşdırır, bunun nəticəsində toksinlərin bədəndən atılmasına yardım edir.
Bəs, sauna artıq çəki ilə mübarizədə nə dərəcədə təsirlidir?
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, saunanın bir çox faydası olsa da, arıqladıcı effekti yoxdur. Ancaq tər atmağa yardım edən faydası ola bilər.
Artıq çәkidәn xilas olmaq istәyәnlәrin çoxu arıqlamaq üçün saunaya gedirlәr. Ancaq sauna yolu ilә arıqlamağa çalışmaq effektli üsul deyil. Sauna yalnız insan bәdәnindәki su nisbәtinin tәrlәmә yolu ilә çölә atılmasını tәmin edir, piyləri yandırmaqda isə effektli deyil. Vә bu su itkisi insanda müvәqqәti çәki itkisinin yaranmasına sәbәb olur. Ancaq bir neçә gün әrzindә itirilәn su yenidәn orqanizmә bәrpa edilir.
Yüksək təzyiqiniz varsa, diqqət!
Saunanın insan orqanizminә faydaları olduğu qәdәr zәrәrlәri dә var. Hәtta saunanın zәrәrlәri insan sağlamlığı üçün çox risklidir. Sauna temperaturu 90 dәrәcәyә qәdәr qalxa bildiyi üçün hәr bir fәrdin orqanizmi bu cür ani temperatur dәyişikliklәrinә lazımi müqavimәt göstәrmәyә bilәr. Saunanın böyük zәrәrlәrә yol aça bilәcәyi adamlar kimlәrdir?
Ürәk problemi vә yüksәk tәzyiqi olan insanlar başda olmaqla, böyrәk çatışmazlığı vә qaraciyәr xәstəlyi olan xәstәlәr üçün sauna zövqü böyük risk hesab olunur. Sauna zamanı hədsiz sıxıntı, baş ağrısı və əhvalın pisləşməsi baş verərsə, dərhal təzyiqinizi ölçdürün, başınızı soyuq suda saxlayın və dərhal həkimə müraciət edin. Bir daha da hәkim nәzarәti olmadan saunadan istifadә etmәyin.
Aytən
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı