Oğul analarının infarkt keçirmək riski daha yüksəkdir - SƏBƏB
Bizi izləyin

Sağlamlıq

Oğul analarının infarkt keçirmək riski daha yüksəkdir - SƏBƏB

Oğlan anası olan və işləyən qadınların ürək xəstəliklərinə yaxalanma riskinin daha çox olduğu ortaya çıxıb.

İtalyan alimləri 8 il ərzində apardıqları araşdırmada işləyən və ən az bir övlad sahibi olan 100 mindən çox qadın iştirak edib.

Araşdırma göstərib ki, işləyən və dünyaya oğlan uşağı gətirən analar ürək xəstəliklərinə daha çox yaxalanırlar. Onların infarkt keçirmə və bu səbəbdən ölüm riskləri daha çoxdur. Ancaq qız övladı olan analar belə təhlükəylə üz-üzə deyillər. Onların ürək xəstəliklərinə yaxalanma riski 2 dəfə azdır.

Turin Universitetinin alimləri bunu oğlan uşaqlarının daha çox dəcəllik etmələri, analarını stressə və depressiyaya salan hərəkətlər etməyə meyilli olmaları ilə izah edirlər. Qız uşaqları isə ev işlərində anaya kömək etməklə yanaşı, ananın yükünü azaldır, ona dəstək olurlar.

Araşdırmanı aparan alimlər bildirirlər ki, həyat yoldaşı və uşaqları tərəfindən dəstək görən və bunun sayəsində işləri azalan qadınların ürək xəstəliklərinə yaxlanma riski azalır, ümumiyyətlə, onlar daha sağlam və uzunömürlü olurlar.

Qeyd edək ki, bəhs edilən araşdırma nüfuzlu jurnallardan biri olan "Social Science & Medicine"də nəşr edilib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm