Ağciyərə faydalı bitkilər
Bizi izləyin

Sağlamlıq

Ağciyərə faydalı bitkilər

Həyat nəfəslə başlayır. Bədənin oksigenlə təmin olunması üçün tənəffüs sisteminin sağlamlığına diqqət etmək lazımdır. Ən böyük tənəffüs orqanı olan ağciyər bir çox səbəbdən sıradan çıxa bilir. Ətraf mühitin çirkliliyi, siqaret aludəçiliyi ağciyərə ən çox zərər vuran faktorlardır.

Düzdür, ağciyərin öz-özünü təmizləyə bilmək qabiliyyəti var. Toz, siqaret tüstüsü və toksinlər onun işini çətinləşdirir.

Ona görə də bəzi bitkilərlə ağ ciyərə dəstək vermək lazımdır.

Publika.az ağciyərə faydalı olan bitki və qidaları təqdim edir:

Bu bitki və qidalar ağciyərlərin təmizlənməsinə və güclənməsinə səbəb olacaq, daha rahat nəfəs almağınızı, özünüzü daha gümrah hiss etməyinizi təmin edəcək.

Biyan kökü

Bu bitki sağlamlıq üçün çox faydalıdır. Çin xalq təbabətində çox geniş istifadə olunur. Ağciyərləri təmizləməyə və sinəni yumşaltmağa kömək edir. Bəlğəmi təmizləyir, öskürəyi kəsir və nəfəs darlığına yaxşı təsir edir.

Biyan kökünü dəmləyərək çayını gündə üç stəkan içmək olar. Ancaq biyan kökündən istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki uzun müddətli istifadə yüksək təzyiqə səbəb ola bilər.

Hər hansı ciddi bir xəstəliyiniz varsa, istifadə etmədən əvvəl həkiminizlə məsləhətləşin.

Zəncəfil

Güclü bir antioksidantdır və bunun sayəsində ağciyərləri zəhərli maddələrdən təmizləyir. Eyni zamanda bədənə istilik və tərləmə gətirərək toksinlərin atılmasını asanlaşdırır.

Zəncəfil tənəffüs yollarını açır. Toz halındakı zəncəfili balla qarışdırıb yemək olar. Həmçinin bu qarışımı çaya qatıb içmək də effektli təsir edir.

Dəvədabanı

Dəvədabanı hinduların minlərlə ildir ki, ağ ciyərləri gücləndirmək üçün istifadə etdikləri bitkidir. C vitamini anbarı olan dəvədabanı bəlğəmi təmizləyir.

Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağ ciyər narahatlıqlarına yaxşı təsir etdiyi sübuta yetirilib.

Bu faydalarından yararlanmaq üçün onun çayını içmək kifayətdir. Quruldumuş şəkildə apteklərdə satılır.

Evkalipt yarpağı

Bu bitkinin yarpaqlarında olan antibiotiklər, yağlar ağciyəri infeksiyalardan qoruyur. Astma və nəfəs darlığı üçün ən təbii müalicə üsullarından biridir.

Öskürək və boğaz ağrısı üçün satılan maye dərmanlar evkalipt ehtiva edirlər.

Kəklikotu

Sinəni yumşaldır. Kəklikotunun ehtiva etdiyi efir yağları qana qarışıb, əzələləri rahatlaşdırır və əzələ ağrılarını aradan qaldırır.

Eyni zamanda bakteriyaların yaranın inkişaf etməsini önləyir.

Öskürək və üst tənəffüs yolları iltihabında kəklikotu çayı çox təsirlidir.

Kirpiotu (Ekineziya)

Soyuqlama, qrip və infeksion xəstəliklərin müalicəsinə kömək edir. Kirpiotu ağciyəri təmizləyib gücləndirir.

İmminuteti gücləndirir. Ancaq kirpiotundan istifadə etmədən öncə həkimlə məsləhətləşməlisiniz.

Qırmızı istiot

Siqaretin ağciyərə vurduğu zərəri aradan qaldırır. Tənəffüs yollarını təmizləyir. Astmaya faydalıdır. Xroniki bronxitə qarşı da təsirlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm