Böyük kəşf: Nə qədər ömrünüzün qaldığını biləcəksiniz
Bizi izləyin

Sağlamlıq

Böyük kəşf: Nə qədər ömrünüzün qaldığını biləcəksiniz

Amerikalı alimlər xərçəng xəstəliyini xəstəxanada diaqnoz qoyulmadan 10 il əvvəl müəyyən edən bir kəşfə imza atıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Nortvestern və Harvard Universitetinin alimləri xromosomların ucunda yerləşən telomerlerin ölçüsünə baxaraq adamın xərçəngə tutulub-tutulmayacağını əvvəldən müəyyən etməyin mümkün olduğunu ortaya çıxarıblar.

Xromosomların uclarında olan telomerlər bioloji saat hesab olunur. Xromosomlardakı DNT-ni mühafizə edən telomerlerin boyu hüceyrənin bölünməsi ilə qısalır. Buna görə də telomerlərin uzunluğu adamın sağlamlıq vəziyyətini və nə qədər ömrünün qaldığını göstərir.

Mütəxəssislər 13 il ərzində 800 adamda telomerin uzunluğunu araşdırıblar. Onlardan 135 nəfərdə xərçəng xəstəliyi aşkarlanıb. Mütəxəssislərə görə, xərçəngə tutulacaq adamlarda telomerler normal vəziyyətdə olduğundan 15 il daha yaşlı görünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm