Bədəndəki şişkinliyi azaldan çay
Bizi izləyin

Sağlamlıq

Bədəndəki şişkinliyi azaldan çay

Müxtəlif səbəblərdən bədən artıq mayeni və toksinləri xaric edə bilmir. Bu da vücudda şişkinliyə səbəb olur. Göz qapaqlarında, əllərdə, ayaqlarda daha çox müşahidə edilən şişkinlik insanı olduğundan yaşlı və kök göstərir. Bəzən ayaqlar o qədər şişir ki, xəstə ayaqqabı geyinə bilmir.

Bu problemin öhdəsindən gəlmək elə də çətin deyil. Publika.az xəbər verir ki, sadəcə, şişkinliyə qarşı möcüzəvi çay içərək xilas ola bilərsiniz.

Tərkibi:

2 stəkan su, 1 miqdar qarğıdalı saçağı, bir az gilas sapı, 5-6 ədəd cəfəri, yarım çay qaşığı yaşıl çay, 2 ədəd mixək.

Hazırlanması:

Qaynayan suyun içərisinə bütün məhsulları əlavə edib 4 dəqiqə dəmləyin. Çay ilıqlaşanda için.

Gündə bir dəfə içmək olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm