Tərləməyin qarşısını alan təbii üsullar
Bizi izləyin

Sağlamlıq

Tərləməyin qarşısını alan təbii üsullar

Yay aylarında tərləmək ən böyük problemlərdən birinə çevrilir. Xüsusilə də kök insanlar, şəkər, zob xəstələri və klimaks dövründəki qadınlar daha çox tərləyirlər. Bu onların həyat keyfiyyətini aşağı salır.

Publika.az həddən artıq tərləməyin qarşısını alan təbii üsulları təqdim edir:

Çörəkotu yağı

Çörəkotu yağı antibakterialdır. Yay aylarında daha çox müşahidə edilən ginekoloji infeksiyalara qarşı təsirlidir. Bu bölgədə tərin qarşısını alır. Çimdikdən sonra qoltuq altına çəkmək gün boyu özünüzü daha rahat hiss etməyinizə səbəb olacaq.

Qeyd edək ki, yağ soyuducuda saxlanmalı və soyuq halda istifadə edilməlidir.

Adaçayı

Adaçayı həddən artıq tərləməyin qarşısını alan ən təsirli vasitələrdən biridir. Eyni zamanda gecə tərləmələrini də önləyir.

1 çay qaşığı adaçayı yarpağını qaynar suya töküb bir neçə dəqiqə gözləyin və için. Daha yaxşı nəticə üçün 2 həftə gündə 1 litr adaçayı içməlisiniz.

Alma sirkəsi

Mütəxəssislər alma sirkəsinin təbii bir antiperspirant olduğunu bildirirlər. Qoltuq altını alma sirkəsi ilə yusanız, gün ərzində daha az tərlədiyinizi müşahidə edəcəksiniz. Bədənin başqa bölgələri üçün isə pambığı sirkə ilə isladıb həmin yerləri silə bilərsiniz. Hətta tərləyən ayaqlarınıza da bu üsulu tətbiq edə bilərsiniz. Ayaqları sirkəli suda 15 dəqiqə saxlamaq da yaxşı effekt verir.

Ümumiyyətlə, yay aylarında pambıq, kətan kimi təbii parçalardan tikilmiş paltarlar geyinin. Çox dar geyinməyin. Bol kəsimli paltarlar dərinin nəfəs almasına imkan verdiyi üçün daha az tərləyəcəksiniz.

Çox ədviyyatlı yeməklər yeməyin. Acı bibər, istiot daha çox tər ifraz edilməsinə, soğan, sarımsaq isə tərinizin pis qoxumasına səbəb olur. Ona görə də, yay mövsümündə belə qidalardan mümkün olduğu qədər uzaq durun.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm