Qarğıdalı saçağı ilə arıqlayın!
Bizi izləyin

Sağlamlıq

Qarğıdalı saçağı ilə arıqlayın!

Qarğıdalı saçağının tərkibindəki kalium və kalsium bədəni gücləndirir. Eyni zamanda arıqlamağa kömək edir.

Saçağı ən az qarğıdalının özü qədər faydalıdır. Sidik yollarını təmizləyir, sidik qovucudur. Sidik kisəsində yığılan daşların tökülməsinə səbəb olur. Uşaqlarda və yaşlılarda müşahidə olunan gecələri yatağı islatma hallarının aradan qalxmasına kömək edir. Böyrəklərin iltihabı, revmatizm zamanı istifadə edilir. Artıq yağları əridir. Şişkinliyi azaldır. Əsəbləri sakitləşdirir.

Bəs, qarğıdalı saçağının bu faydalarından necə yararlanmaq olar?

1 çay qaşığı xırda doğranmış qarğıdalı saçağını 1 stəkan qaynanmış suda 4-5 dəqiqə dəmlədikdən sonra süzün. Yeməkdən öncə gündə 2-3 dəfə için. Əgər qarğıdalı saçağı ilə gilas sapını birlikdə dəmləsəniz, yağları əridib arıqladan daha təsirli çay əldə etmiş olacaqsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm