Hamilə qadınlar üçün ən faydalı qida
Bizi izləyin

Sağlamlıq

Hamilə qadınlar üçün ən faydalı qida

Hamilə qadınlar dünyaya gətirəcəyi körpənin sağlam olması naminə qidalanmasına ciddi nəzarət etməlidirlər. Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, türkiyəli mütəxəssislər qaragöz lobyanın hamilə qadınlar üçün olduqca faydalı qida oldğunu söyləyiblər. Qaragöz lobya hamilələrin mütləq istehlak etməsi lazım olan ən önəmli qidalardan biridir!

Faydaları olduqca çox olan qaragöz lobyanın tərkibindəki fol turşusu, dəmir, protein və lif ana və körpə üçün çox əhəmiyyətli qida qaynağıdır. Lif tərkibi zəngin olduğundan həzmi asanlaşdırır. Qaragöz lobyası həm də sink, kalium və maqnezium baxımından zəngindir. Bu isə pis xolesterini azaldır, qəbizliyi aradan qaldırır.

Həzm sistemində qaz yaratdığından xalq arasında üstünlük verilməsə də, qaragöz lobya uşağın inkişafı üçün çox faydalıdır.

Qanazlığını aradan qaldırır

Qaragöz lobya anemiyaya da yaxşı təsir edir. Xüsusilə, yeni ana olanlara tövsiyə edilir. Çünki tərkibindəki B9 vitamini qan azlığı müalicəsində effektli təsir göstərir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm