Bakıda 500-ə yaxın adam qida zəhərlənməsindən xəstəxanaya düşdü - 6 ayda
Bizi izləyin

Səhiyyə

Bakıda 500-ə yaxın adam qida zəhərlənməsindən xəstəxanaya düşdü - 6 ayda

Bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə bağırsaq iltihabı diaqnozu ilə xəstəxanamıza müraciət edib.

Publika.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib.

O bildirib ki, xəstələrin hər birinə yüksək səviyyədə yardım göstrəlimiş və sağlam evlərinə buraxılıblar: “Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı qeydə alınmayıb. Daxil olan şəxslərin 430-u rayon, 36-ı Bakı sakinidir. Müraciət edənlər daha çox 20-45 yaşlılar olub”.

G.Babayeva bildirib ki, KTM-ə 13 nəfərin botulizm diaqnozu ilə daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm