İlk dəfə “yeməli” robot hazırlandı
Bizi izləyin

Səhiyyə

İlk dəfə “yeməli” robot hazırlandı

İsveçrənin Lozanna şəhərindəki Federal Politexnik Məktəbində intellektual sistemlər laboratoriyasının istehsalçıları gələcəkdə tibb sahəsində istifadə edilə biləcək ilk “yeməli” robot yaradıblar.

Artıq uzun illərdir ki, yumşaq robot texnikası həkim və mühəndislərin maraq dairəsindədir. Bu elastik qurğular kiçik əməliyyatların aparılması və ya dərmanların lazım olan orqana çatdırılmasında həkimlərə kömək edir. Sonra isə robotu pasiyentin orqanizmindən çıxartmaq və ya onun oradan özünün çıxmasına imkan vermək lazımdır. Lakin bu yanaşma geniş yayılmayıb. Artıq lazım olan məsələlərin icrasından sonra orqanizmdə həll olunan “yeməli” robot daha səmərəli üsul hesab edilir.

Publika.az xəbər verir ki, “yeməli” qurğunun hazırlanması üçün jelatin və qliserindən istifadə olunub. İstehsalçılar bildirirlər ki, manipulyator və tənzimləyicilər, batareya və onun digər komponentləri daxil olmaqla, robotun bütün detalları tamamilə yeməlidir və orqanizm üçün təhlükəsizdir.

Alimlər hesab edirlər ki, gələcəkdə daha funksional və balaca robotlar hazırlaya biləcəklər. Bu robotun tamamilə həzm olunması və allergiya yaratmaması qurğunun komponentlərinin tərkibinə müxtəlif dərmanları və vitaminləri əlavə etməyə imkan verir.

Bununla belə, bu kimi robotları yemək hələlik mümkün deyil. İstehsalçıların sözlərinə görə, bu robotların dadı kifayət qədər xoşagəlməzdir. Zamanla çiyələk və ya qarpız dadına malik “yeməli” robotlar istehsal etməklə problemin aradan qaldırılacağı gözlənilir. Bu zaman “yeməli” robotlar satışa çıxarmaq mümkün olacaq. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm