Səhiyyə
Nazirlik körpə ölümləri ilə bağlı rəqəmləri AÇIQLADI: son 25 ildə...
Son 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu fikirlər Gəncə şəhər Səhiyyə İdarəsində Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbirdə səsləndirilib.
Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümlərinin təhlili aparılıb, prioritetlər müəyyənləşdirilib, risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyətinin müzakirəsi, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsi müzakirə edilib.
Tədbirə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Tibbi-Yardım şöbəsinin əməkdaşı Nərgiz Şərifova, Pediatriya İnstitutunun neonotoloji şöbəsinin müdiri Adilə Hacıyeva və səhiyyə işçiləri qatılıb.
Müşavirənin əsas məqsədi ölkəmizdə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub. Tədbirdə qeyd edilib ki, səhiyyə sahəsində xidmət göstərən kadrlar günümüzün tələblərinə uyğun olaraq çalışır və gələcək nəslin sağlamlığını qorunması dəstək göstərilir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq